Accessibility links

Corc Mitçel İsrail-Fələstin sülh danışıqlarını davam etdirir


Birləşmiş Ştatların Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Corc Mitçel bu gün İsrail-Fələstin sülh danışıqlarını davam etdirmək məqsədi ilə Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb. Danışıqıların detalları barədə məlumat verilməyib. Cənab Mitçelin fələstinlilərin prezidenti Mahmud Abbasla görüşmək üçün bu gün axşam Ramallaha gedəcəyi gözlənilir. Corc Mitçel dünən demişdi ki, Birləşmiş Ştatlar hökuməti ona Yaxın Şərqdə sülh prosesinin müzakirələri məqsədi ilə İsrailin xarici işlər naziri Aviqdor Liberman, prezident Şimon Peres və müdafiə naziri Ehud Barakla ayrı-ayrılqda danışıqlar keçirməyi həvalə edib.

Cənab Mitçellə görüşündən əvvəl isə İsrailin xarici işlər naziri Liberman İsrail radiosuna verdiyi müsahibəsində tez bir zamanda sülhə nail olmağın reallığa uyğun olmadığını deyib.

XS
SM
MD
LG