Accessibility links

Polşa prezidenti Avropa İttifaqının islahat sazişinə imza atıb 


Polşa prezidenti Lex Kaçinski Avropa İttifaqının islahat sazişinə imza atıb. Beləliklə Çex Respublikası sazişi ratifikasiya etməyən yeganə ölkə olaraq qalır. Prezident Kaçinski Polşa parlamentinin ötən il təsdiq etdiyi Lissabon sazişini bu gün imzalayaıb. Polşanın dövlət başçısı suveren ölkələrlə yeni əməkdaşlığın nailiyyətli olacağına inandığını deyib.

Sazişin qüvvəyə minməsi üçün o, Avropa İttifaqının 27 üzvünün hamısı tərəfindən təsdiq edilməlidir. Çexiya parlamenti sənədi təsdiq etsə də, prezident Vaslav Klaus sazişin ölkəsinin suverenliyini məhdudlaşdıracağından narahat olduğunu deyir.


XS
SM
MD
LG