Accessibility links

Çində iki uyğurun ölümündə günahlandırılan iki şəxsdən biri ölüm cəzasına məhkum edilib


Çin məhkəməsi iki uyğurun ölümünə yol açan qarşıdurmada ittiham edilən iki şəxsdən birini ölüm, digərini isə ömürlük həbs cəzasına məhkum edib. Çinin Sunxua xəbər agentliyinin məlumatında deyilir ki, digər 9 müttəhim 5-lə 9 il arasında azadlıqdan məhrum edilib.

Çin hanları ilə uyğurlar arasında dava Guandong vilayətindəki zavodda iyun ayının 26-da baş vermişdi. Hadisə Urumçi şəhərində etirazlara səbəb olmuşdu. Qiyam zamanı 184 nəfər həlak olmuşdu.

XS
SM
MD
LG