Güclü daşğınlar və torpaq sürüşmələrinə məruz
qalan Filippinin şimal bölgələrində bu gün daha artıq cəsəd aşkar edilib. 200 nəfərin ölümünə səbəb olan Parma tufanına
görə hələ də itkin düşənlər var.
Parma ötən həftə Ketsana tufanının yaratdığı daşlıqları
daha da ağırlaşdırıb. Ketsana son 40 ildə Filippində ən güclü daşqınlara və 600-dən
artıq adamın ölümünə səbəb olub. Parma tufanı səbəbi ilə 300000-dən artıq insan
müvəqqəti sığınacaqlarda yaşayır. BMT 74 milyon dollarlıq yardım üçün dünya ölkələrinə müraciət edib.