Accessibility links

Dövlət katibi Hillari Klinton deyib ki, dünya İranın beynəlxalq öhdəliklərə nə zaman riayət edəcəyini daim gözləməyəcək


ABŞ Dövlət katibi Hillari Klinton deyib ki, dünya İranın nüvə proqramı ilə əlaqədar beynəlxalq öhdəliklərə nə vaxt əməl edəcəyini qeyri-müəyyənliyə qədər gözləyə bilməz.

Xanım Klinton bu açıqlamanı bu gün Londonda Britaniyanın Xarici İşlər naziri Deyvid Milibendlə görüş zamanı verib.

Milibend deyib ki, İran dünyanın qalan hissəsi ilə normal münasibətlər qurmaq üçün bundan daha yaxşı imkan qazana bilməyəcək.

Dövlət katibi Klinton və Xarici İşlər naziri Milibend İranın dünyanın qüdrətli dövlətləri ilə nüvə yanacağına dair danışıqlar baş tutmasa, özünün uran zənginləşdirəcəyini deməsindən bir gün sonra görüşürlər.

İran liderləri xaricdə zənginləşdirilmiş urana dair planları ABŞ, Fransa, Rusiya və BMT nümayəndələrilə müzakirə etməyə razı olublar.

Danışıqların oktyabrın 19-da Vyanada keçirilməsi planlaşdırılıb.

XS
SM
MD
LG