Accessibility links

Baş nazir Erdoğan: Ermənistan silahlı qüvvələri Azərbaycan ərazisindən çıxmalıdır


Türkiyənin Baş naziri Rəcəp Tayyib Ərdoğan deyib ki, Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasından öncə Ermənistan öz silahlı qüvvələrini Azərbaycan ərazisindən çıxarmalıdır.

Baş nazir Erdoğan Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşdırılmasına dair protokolların imzalnmasından bir gün sonra iki məsələnin bir-biri ilə bağlı olduğunu qeyd edib.

Ankarada danışan cənab Erdoğan deyib ki, Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan çıxması Türkiyə parlamentində münasibətlərin normallaşdırılmasına dair sənədin ratifikasiya edilməsini asanlaşdıra bilər.

Razılaşmanın qüvvəyə minməsi üçün Türkiyə və Ermənistan parlamentləri onu ratifikasiya etməlidir.

Türkiyə Ermənistanla sərhəddi 1993-cü Azərbaycana dəstək olaraq bağlamışdı.

XS
SM
MD
LG