Accessibility links

İraqda bomba hücumları 16 nəfərin ölümünə səbəb olub


Iraq polisi bildirir ki, ölkənin qərbində yerləşən Ramadi şəhərində maşına yerləşdirilmiş bir neçə bomba partlayışı zamanı 16 nəfər həlak olub, onlarla adam yaralanıb.

Partlayışlar hökumət binalarının yaxınlığında baş verib.

Polis və şahidlər birinci bomba partlayışının binanın qarşısında maşın dayanacağında baş verdiyini bildirirlər.

İkinci bomba partlayışının isə polis və xilasetmə işçilərinin hadisə yerinə gələrkən baş verdiyi deyilir.

Bundan bir qədər sonra isə üçüncü bomba hücumu baş verib. Onun detalları haqda məlumat çox azdır.

Bu, Ənbər vilayətində bir həftədən az bir müddət ərzində bir neçə bomba hücumunun baş verdiyi üçüncü hadisədir.

Hələlik bu gün baş verən hücumun məsuliyyətini öz üzərinə götürən olmayıb.

Əl-Qaidə çox vaxt birinci hücumdan sonra hadisə yerinə gələn xilasetmə işçiləri və təhlükəsizlik qüvvələrini hədəf alan ikinci bomba hücumu taktikasından istifadə edir.

İraqın Ənbər vilayəti bir zaman üsyançıların istinadgahı olmuşdur.


XS
SM
MD
LG