Accessibility links

Pakistan komandosları girov böhranına son qoyub


Pakistan hərbçiləri bildirilər ki, paytaxt İslamabad yaxınlığındakı Ravalpindi şəhərinin ordu qərargahında komandos qrupunun yaraqlılara qarşı həyata keçirdiyi əməliyyat nəticəsində qərargahın mühasirəsinə son qoyulub.

Yaraqlılar 30-dan çox adamı girov götürmüşdülər. Əməliyyat nəticəsində 2 əsgər və 3 girov həlak olub.

Zorakılıqlar dünən gecə hərbi geyimdə olub yaxşı silahılanmış yaraqlı qrupun Pakistan hərbi qüvvələrinin baş qərargahına hücum etdiyi zaman başlamışdı. Əsas yoxlama məntəqəsində saxlanan yaraqlılar keşik çəkən əsgərlərə bir neçə qubara atmış və onları avtomat silahlardan atəşə tutmuşlar. Atışmalarda 6 əsgər və 4 yaraqlı ölmüşdür. Qalan yaraqlılar qaçmış və özləri ilə 30-dan çox hərbçini girov götürmüşlər.

Pakistan ordusunun söçüsü genera mayor Atar Abbas bildirib ki, desant dəstəsi təcili olaraq baş qərargahı mühasirə almışdır. Onun sözlərinə görə, qarşıdurma bu gün səhərə qədər davam edib. “Təhlükəsizlik qüvvələri binaya daxil olub girovarın hamısını azad ediblər. Əməliyyat zamanı 3 girov həlak olub , 4 terrorçu isə öldürülüb. Hücumda yaralanan Aqil Osman təxəslü yaraqlı isə tutulub.”-deyə o bildirib.

General Abbas həsb edilmiş yaraqlının terror hücumunun təşkilatçısı olduğuna inandığını bildirib. Əməliyyatda iki əsgər həlak olub.

Pakistan rəsmiləri hücumun məsuliyyətini taliban ekstermistlərinin üzərinə atırlar.

Pakistan ordusu Əfqanıstanla həmsərhəd olan bölgədə Əl-Qaidə və taliban yaraqlılarına qarşı mübarizə aparır.

XS
SM
MD
LG