Accessibility links

Ermənistan prezidenti Türkiyəyə gedəcək


Ermənistan prezidenti gələn həftə Türkiyədə keçiriləcək futbol matçında iştirak edəcəyini deyir. Az qala bir əsr davam edən acı münasibətlərdən sonra iki ölkə arasında həftəsonu əlaqələri normallaşdırmaq haqda saziş imzalandı. Prezident Serj Sarkisyan deyir ki, o, Türkiyəli həmkarının Dünya Kubokunun seçim yarışına qatılması haqda dəvətini qəbul edib. Türkiyə prezident Ermənistanda keçirilən birinci matçda olmuşdu. Şənbə günü Ermçənistan və Türkiyə İsveçrənin Sürix şəhərində diplomatik münasibətləri bərpa etmək və sərhədləri açmaq barədə razılıq imzaladılar. Protokollar qüvvəyə minməzdən öncə hər iki ölkənin parlamentləri tərəfindən ratifikasiya olunmalıdır.
XS
SM
MD
LG