Bu gün Amerika Birləşmiş Ştatlarında Kolumb
günü qeyd edilir. Xristofor Kolumbun Amerikanı kəşf etməsi oktyabr ayının
ikinci bazar ertəsi günü bayram edilir. İspaniya bayrağı ilə yeni dünyaya 4
ekspedisiyaya rəhbərlik edən italyan səyyah Asiyaya yol tapmağa çalışırdı.
Kolumb günü ABŞ-da milli bayram kimi 1971-ci ildən qeyd edilir. Bu gün banklar, səhm birjaları, poçt xidməti və federal agentliklər bağlıdır. Lakin bir çox bizneslər və səhm birjaları açıqdır. Bəzi ştatlarda isə Kolumb günü qeyd edilmir.