Accessibility links

İran Amerikanın xəbərdarlığını rədd edir


İran ABŞ-ın dünya ictimaiyyətinin İranın nüvə proqramı ilə bağlı öz beynəlxalq öhdəliklərinə riayət etməsi üçün sonsuz şəkildə gözləməyəcəyi haqda xəbərdarlığını rədd edib. İranın xarici işlər nazirliyinin sözçüsü Həsən Qaşqavi bazar ertəsi bildirib ki, hədələr və vaxt möhlətləri onun ölkəsinin nüvə inkişafına təsir göstərməyəcək. Bazar günü ABŞ dövlət katibi Hillari Klinton deyib ki, İranın öz öhdəliklərinə sadiq qalmasını sübut etmək üçün təkcə sözlər kifayət etmir. Londonda keçirilən mətbuat konfransında xanım Klintona qoşulan Britaniya xarici işlər naziri Deyvid Milibənd əlavə edib ki, İran üçün beynəlxalq ictimaiyyətlə normal münasibətlər qurmaq üçün bundan yaxşı fürsət olmayacaq.
XS
SM
MD
LG