Accessibility links

Hillari Klinton: Əfqanıstan prezidenti yenidən vəzifəsinə seçilsə Amerika onunla yeni münasibətlər quracaq


ABŞ dövlət katibi Hillari Klinton Əfqanıstan prezidentinin yenidən vəzifəsinə seçildiyi təqdirdə, Amerikanın onunla yeni münasibətlər quracağını deyib. BBC-yə müsahibə verən dövlət katibi Həmid Karzayın bir çox cəbhələrdə yardımçı olduğunu desə də, Amerikanın ondan daha artıq iş görməsini istədiyini deyib. Xanım Klinton əsasən Həmid Karzayın tərəfdarlarının yol verdiyi saxtalaşdırmalara görə avqust ayı seçkilərindən sonra Əfqanıstanda durumu mürəkkəb adlandırıb.

Dünən BMT-nin Əfqanıstandakı rəsmisi Kay Eyd ilk dəfə olaraq seçkilər zamanı ciddi saxtakarlıqlara yol verildiyini bildirmişdi. BMT-nin Əfqanıstan üzrə seçki komissiyası şübhəli bülletenlərin yoxlanışından sonra bu həftə hesabatla çıxış etməlidir. Komissiyanın iki əfqan üzvündən biri qrupun xarici üzvlərin təsirinə məruz qaldığını deyərək, istefa verib.

XS
SM
MD
LG