Accessibility links

2009-cu il iqtisadiyyat üzrə Nobel mükafatı iki amerikalıya verilib


2009-cu il iqtisadiyyat üzrə Nobel mükafatını amerikalılar Elinor Ostrom və Oliver Vilyamson alıblar.

İsveç Kral Akademiyası bildirir ki, Elenor Ostrom mülkiyyətin ümumi nəzarət altında idarə edilməsini izah edə bildiyi, Oliver Vilyamson isə korporasiyalarda münaqişələrin həlli nəzəriyyəsini hazırladğına görə bu yüksək mükafata layiq görülüblər.

Elinor Ostrom 1960-cı ildə iqtisadiyyat üzrə mükafat təsis edildikdən sonra bu sahədə Nobel mükafatı alan ilk qadındır.

Qaliblər 1.4 milyon dollar məbləğində mükafatı bölüşəcəklər. İqtisadiyyat sahəsi altı sahədə verilən Nobel mükafatlarının sonuncusudur.

Bu sahədə mükafat Alfred Nobelin xatirəsinə ithaf edilib və Nobelin vəsiyyətində göstərilmiş mükafatlar sırasına daxil deyil.


XS
SM
MD
LG