Accessibility links

Harayın qonağı Seyfəddin Hatanbuyan: İranda xalqlar milli haqlarına çatacaq



Harayın qonağı Seyfəddin Hatanbuyandır. O 1953-cü ildə Təbrizdə anadan olub. 1983-cü ildə siyasi təzyiqlər nəticəsində İranı tərk edib. Hazırda Almaniyada mühacirətdədir.
Cənab Hatanbuyan jurnalist fəaliyyəti ilə məşğuldur, İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə edir. O şah və islam rejimi dövründə siyasi fəaliyyətinə görə həbs edilib


Seyfəddin Hatanbuyan hesab edir ki, nə şah, nə də islam rejimi dövründə İranda qeyri-fars millətlərin hüquqları qorunmayıb. Onun sözlərinə görə, qeyri-fars millətlər Bəhmən inqilabında iştirakla mədəni haqlarının qorunacağını güman edirdi. Ancaq islam konstitusiyasında mədəni hüquqlarla bağlı zəif bir maddə var, o da yerinə yetirilmir. Millətlər öz milli haqlarından danışanda onlara ayrıcı, xarici dövlətlərin agenti ittihamı irəli sürülür. “Dünyada elə xalqlar var ki. sayı bir milyondan çox deyil, amma dövlətləri var. İranda isə 35 milyon azərbaycanlı milli haqlarına qovuşa bilmir”.
Cənab Hatanbuyan İranda yaşayan xalqların, o cümlədən azərbaycanlıların milli haqlarına qovuşacağına ümid edir. Onun qənaətincə, islam rejimi insanlar arasında nüfuzunu itirib və xalq tərəfindən müdafiə edilmir. “İslam rejimi işgəncə cəhətdən qəddar şah rejiminin üzünü ağartdı. Şah dövrində də siyasiləri asırdılar, dırnaqlarını çəkirdilər, islam rejimində də bunu edirlər. Amma islam rejimi daha qəddarcasına edir. Adamın ayaqlarının altına o qədər döyürlər ki, ət gedir, sonra sümüyə döyürlər. Ağrı bir yana, tibbi yardım da etmirlər və nəhayətdə ayaqlar iylənməyə başlayır”, - deyə İslam rejimin həbsxanalarındakı işgəncəni xarakterizə edib.

XS
SM
MD
LG