Accessibility links

ABŞ Dövlət katibi Rusiya Xarici İşlər naziri ilə İranın nüvə proqramını müzakirə edib



ABŞ Dövlət katibi Hillari Klinton Moksvada Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra müxbirlərin suallarına cavab verərək deyib ki, İrana qarşı əlavə sanksiyaların vaxtı hələ gəlib çatmayıb.

Xanım Klinton bu məsələdə əməkdaşlığına görə Rusiyaya razılığını bildirib.

Sergey Lavrov Tehrana qarşı sanksiyaların indi tətbiq edilməsinin əks təsir göstərə biləcəyini deyən xanım Klintonla razı olduğunu bildirib. O həmçinin bildirib ki, Birləşmiş Ştatlar və Rusiya nüvə arsenallarının azaldılması işində ciddi inkişaf əldə ediblər.

Tərəflər dekabr ayının əvvəli vaxtı bitən Strateji Silahların Azaldılmasına dair Müqavilənin yenisi ilə əvəz edilməsi ətrafında müzakirələr aparır.

Dövlət katibi Klinton həmçinin Rusiya prezidenti Dmitri Medvedevlə görüşməyi planlaşdırır. Danışıqlar zamanı digər mövzularla yanaşı, Əfqanıstanda müharibə və prezident Barak Obamanın raketlərdən müdafiə planının müzakirə ediləcəyi gözlənilir



XS
SM
MD
LG