Accessibility links

Türkmənistanın yüksək səviyyəli enerji rəsmilərindən bir neçəsi vəzifələrindən kənarlaşdırılıb


Türkmənistandan alınan xəbərdə deyilir ki, prezident Qurbanqulu Berdimuxamedov bu gün televiziya ilə çıxışında ölkənin yüksək səviyyəli enerji rəsmilərini vəzifələrindən azad etdiyini bildirib. Cənab Berdimuxamedov neft istehsalının səviyyəsinin azalmasında həmin şəxsləriittiham etmiş və onları səhlənkar adlandırmışdır.

Belə bir addım Türkmənistanın Rusiya şirkəti ilə Xəzər dənizi vasitəsi ilə qaz və neft hasilatı barədə razılıq imzalamasından sonra atılır. Türkmənistanın dövlət şirkəti və Rusiyanın İtera enerji şirkəti təxmin edir ki, ölkənin sahilkənarı yataqlarında 160 milyon ton neft və 60 milyard ton təbii qaz mövcuddur.


XS
SM
MD
LG