Accessibility links

Pakistanın hava qüvvələri yaraqlıların hədəflərini bombalayıb


Pakistanın quru qüvvələri Əfqanıstanla sərhəddəki Cənubi Vəziristan bölgəsində yarqlılara qarşı hərbi əməliyyatlarını davam etdirdikləri bir vaxt, ölkənin döyüş təyyarələri yaraqlıların hədəflərini bombalamışlar. Hərbi hava qüvvələrinin yaraqlılara qarşı bomba hücumları keçən həftə 100 nəfərdən çox insanın ölümü ilə nəticələnən4 terrorçu hücumdan sonra həyata keçirilir.

Bazar günü Svat vadisində hərbi maşın karvanına qarşı yönəlmiş intiharçı hücumu zamanı 41 nəfər həlak olmuşdu.Militantlar eləcə də İslamabaddakı BMT ofisini və Pişəvərdəki ticarət mərkəzini hədəf almış, hərbi qulluqçuları girov götürmüşlər. Pakistan rəsmiləri yaraqlıların əsasən qəbilələrin yaşadığı ərazilərdə hücumlar təşkil etdiyini deyirlər.

XS
SM
MD
LG