Accessibility links

Amerikanın çoxmilyardlı yardım paketinin Pakistanın suverenliyinə hədə kimi qiymətləndirilməsi fikri rədd edilib


Obama administrasiyası və ABŞ Konqresi Amerikanın Pakistana çoxmilyardlı yardım paketinin Pakistanın suverenliyinə hədə kimi qiymətləndirilməsi fikrini rədd edib. Amerka öz mövqeyini Pakistanın xarici işlər naziri Şah Mehmud Qureşinin Pakistanda narahatlıqlara yol açan yardım planın müzakirəsi məqsədi ilə Vaşinqtona səfər etməsindən sonra açıqlayıb.

Obama administrasiyası və ABŞ Konqresinin nümayəndələri yardım paketinin şərtlərinin qeyri-adi olmadığını və onlara aydınlıq gətirilməsinin gərginlikləri azaldaçağına yardım edəcəyini deyirlər.Kerri-Luqar yardım planına əsasən Pakistan gələn beş il üçün 1.5 milyard dollarlıq qeyri-hərbi yardımla təmin ediləcək.Ötən ay Konqresin təsdiqini əldə edən bu qərar hər iki tərəfdən də alqışlanmış, lakin Pakistandakı bəzi fraksiyalar, habelə ölkənin qüdrətli ordusu tərəfindən tənqid edilmişdi.

XS
SM
MD
LG