Accessibility links

Türkiyə və Ermənistan prezidentləri futbol diplomatiyasını davam etdirir


Türkiyə və Ermənistan prezidentləri bu gün iki ölkənin milli yığma komandaları arasında matça tamaş edir.

Ermənistan prezidenti Serj Sarkisyan matçı izləmək üçün Türkiyənin Bursa şəhərinə gəlib.

Türkiyə prezidenti Abdulla Gül keçən il keçən iki ölkənin komandası arasında matça baxmaq üçün Ermənistanda səfər etmişdi.

Bursada təhlükəsizlik tədbirləri gücləndirilib. Türkiyə liderləri futbol azarkeşlərini qonaqpərvərlik göstərməyə və təhrikçi aksiyalardan uzaq olmağa çağırıblar.

Türkiyə və Ermənistan keçən həftə iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılmasına dair protokollar imzalayıblar. Razılıq hər iki ölkənin parlamenti tərəfindən təsdiq edilməlidir. Həm Türkiyə, həm Ermənistanda iki ölkə arasında yaxınlaşmaya güclü müxalifət var.

XS
SM
MD
LG