Accessibility links

Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri Pekində bir araya gəlmişlər


Qlobal iqtisadi böhran və maliyyə məsələlərinin müzakirəsi məqsədi ilə Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri bir araya gəlib. Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələr – Çin, Rusiya, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan liderləri bu gün Pekində bir araya gəlmişlər.

Regional təhlükəsiz Təşkilatının bu dəfə müzakirələrinin diqqət mərkəzində iqtisadi böhran məsələsi yer alıb. Bağlı qapılar arxasında keçirilən danışıqlardan sonra Çinin baş naziri Ven Ciabao dövlət televiziyası ilə çıxış və deyib ki, o, regionda sülhün bərqərar edilməsi və rifah halının yaxşılaşdırılması məqsədi ilə təşkilata üzv ölkələrin əməkdaşlığını dərinləşdirəcəyinə inanır. O, yığıncaq iştirakçılarının qlobal iqtisadi böhranın aradan qaldırılması və çoxsahəli əməkdaşlığın məhkəmləndirliməsiplanı təklifetdiklərini deyib. Təşkilat üzvləri nəqliyyat və telecommunikasiya sahələrinə yardım üçün fond yaradılacağına söz veribər.

Şanxay Əməkdaşlıq Təşkilatında rəsmi müşahidəçi statusuna malik olan Hindistan, İran, Monqolustan və Pakistanın nümayəndələri iştirak edib. İranı tədbirdə Rusiya və Çin liderləıri ilə görüşü planlşdırılanbirinci vitse-prezident Reza Rəhimi təmsil edib.


XS
SM
MD
LG