Accessibility links

Sincan vilayət məhkəməsi daha altı adamı ölüm cəzasına məhkum edib


Çinin Sincan vilayət məhkəməsi iyul ayında 200 nəfərin ölümü ilə nəticələnən qiyama görə daha altı adamı ölüm cəzasına məhkum edib. Onlardan beşinin müsəlman uyğur qrupunun üzvü, birinin isə han cinlisi olduğu bildirilir. Han çinlisi bir uyğurun öldürülməsi və digərin yaralanmasına görə ittiham edilirdi.

Məhkəmə 3 uyğuru ömürlük həbsə məhkum edib. Bazar ertəsindən bəri yanğın törətmək, oğurluq və əmlak dağıdılması ittihamları ilə 21 adam cəzalandırılıb. İyul ayı qarşıdurması zamanı 1600 nəfər xəsarət almışdı.

XS
SM
MD
LG