Accessibility links

Moldovanın paytaxtında qumbara partlayışı baş verib


Moldova hökumətinin bildirdiyinə görə dünən gecə paytaxt Kişinyovda illik "Şəhər Günü" bayramı münasibətilə açıq havada minlərlə insanın toplaşdığı konsert zamanı qumbara partlayışı baş vermiş və azı 40-a yaxın insan yaralanmışdır. Ölkənin daxili işlər naziri Viktor Katan bu gün partlayış barədə xəbəri təsdiq edərək demişdir ki, hərbi qumbaranın partladılması terror hücumuna bənzəyir və işlə bağlı təhqiqata başlanılıb. Moldovanın baş nazirinin sözçüsünün dediyinə görə, partlayış baş verən gecə kimsə baş nazirin ofisinə zəng edərək, zorakılıq barədə xəbərdarlıq vermişdi.

Bu gün Kişinyov şəhərində eləcə də, müxbirlərin prokurorluq binası qarşısında hadisə ilə bağlı son məlumatları gözlədikləri vaxt, oğlunun azad edilməsini tələb edən bir şəxs özünü partlatmışdır.

XS
SM
MD
LG