Accessibility links

"Ulduzlar müharibəsi"mövzusunda konsertlər qalaktikada qastrollara başlayır


Məşhur Amerika kino-rejissoru Corc Lukasın “Ulduzlar Müharibəsi” silsilə filmlərindən musiqi dünyanın hər yerində ifa ediləcək.

Filmdən musiqini ifa edən orkestr və xor “Star Wars” adlı konsertlərlə qalaktikada qastrol turuna çıxıb.

Corc Lukasın bu seriyadan çəkdiyi altı filmə musiqini bəstəkar Con Vilyams bəstələmişdir.

Konsertlər filmdən bəzi hissələrin qiraəti və filmdən kadrların böyük ekranda göstərilməsi ilə müşayiət ediləcək. Konsertlər qlobal turneyə Şimali Amerikanın şəhərlərindən başlayır.

Corc Lukas konsertlərdən öncə yaradıcılıq planlarından danışıb. O deyib ki, Stiven Spilberqlə “İnidiana Cons 5” filminin çəkilişi ilə bağlı danışıqlar aparır.

Lukas 20 ildən artıqdır İkinci Dünya müharibəsində ordu pilotları haqda film layihəsi üzərində işləmək istədiyindən danışırdı. Nəhayət rejissor filmin hazır olduğunu etiraf edib.

XS
SM
MD
LG