Əl-Qaidənin lideri Üsamə Bin Ladenin oğlu və
həyat yoldaşının yeni kitabı nəşr edilməlidir. Nayva və Ömər Bin Ladenlər terrorist
təşkilatının təsisçisinin elektrikdən istifadə etmək kimi sivil həyat tərzini sevmədiyini yazır. Üsamə
Bin Laden oğullarını səhralara aparıb, susuz və yeməksiz saxlamaqla möhkəm
şəxsiyyət etmək istəyirdi.
"Bin Laden kimi böyümək" adlanan bu kitabda Bin
Ladenin ailəsi ilə birgə Sudana səfər etməsindən, orada dəliklər qazıb, qum
üzərində yatdıqlarından da bəhs edilir. Kitab St.Martin Press tərəfindən cari
ayın sonunda nəşr ediləcək.
Nəşriyyat bu
kitabın Bin Ladenlə bağlı əsatirləri yox edəcəyini bildirir. Əsərdə Bin Ladenin
böyrək dializinə ehtiyacı olmadığı, bəzən
böyrəyindəki daşın onu incitdiyi, ümumilikdə sağlam bir insan olduğu, habelə malyariya xəstəliyi keçirdiyi yazılıb.