Accessibility links

İranın dini lideri cümə namazına gəlməyib


İranın dini lideri ayətullah Seyid Əli Xameneyi ənənəvi cümə namazı və xütbəsinə qatılmayıb. Bu xəbəri Turan Agentliyi İrandakı mənbələrinə istinadən yayıb.
Agentlik bildirir ki, dünən beynəlxalq mediada dini liderin səhhətinin kəskin pisləşməsi barədə xəbərlər yayıldığından, bugünkü cümə namazına və xütbəsinə maraq böyük olub. Namaza rəhbərlik edən ayətullah Cənnəti isə dini liderin sağlamlıq durumu barədə mənfi və ya müsbət yönümlü hər hansı informasiya verməyib.
Xatırladaq ki, oktyabrın 13-də İran daxilində və xaricində bəzi informasiya mənbələri İranın ali dini lideri Seyid Əli Xameneyinin səhhətinin qəfildən pisləşməsi, huşunu itirməsi və dərhal xəstəxanaya yerləşdirilməsi, yanına yalnız oğlu və şəxsi həkiminin buraxılması kimi informasiyalar yayıb.

XS
SM
MD
LG