Accessibility links

Nobel sülh mükafatı laureatı  İranın prezident seçkilərinin nəticələri ilə razılaşmadığını deyir


İranın insan hüquqları üzrə vəkili, Nobel sülh mükafatı laureatı Şirin İbadi İranın Əhmədenajadı yenidən hakimiyyətə gətirən prezident seçkilərinin nəticələri ilə razılaşmadığını deyib.

Amerikanın səsinin fars şöbəsinə müsahibəsi zamanı xanım İbadi deyib ki, o, İran hökumətinin vəd etdiyi kimi seçkilərin azad və ədalətli keçirildiyinə inanmır. Əgər seçkilər ədalətli olsa idi, nəticələr fəqli olardı-deyə o bildirib.

Bir çox iranlının Əhmədinejadın qələbəsini təmin edən seçkilərin saxtalaşdırıldığı iddiası hökumət tərəfindən rədd edilir. Seçki nəticələrinə etirazlar ölkədə geniş aksiyalara yol açmışdı.

XS
SM
MD
LG