Accessibility links

Biznes sahəsində təhsil alanların ABŞ-da gələcəyi ümidverici görünmür


Lehman Brothers maliyyə təsisatının iflasından bir il keçsə də, maliyyə sənayesində kredit böhranı hələ sona çatmayıb. Yüz minlərlə iş yerləri bağlandığına görə biznes sahəsində təhsil alanların gələcəyi ümidverici görünmür. Nyu-Yokr şəhərində 2010-cu ilədək maliyyə sahəsində 46000 iş yerinin bağlancağı barədə xəbərdarlıq verilib. Biznes administrasiyası sahəsində elmi dərəcə alanları bu fakt olduqca narahat edir.

Böhrandan əvvəl onların iş tapacağı şübhə doğurmurdu. Bu yaxınlarda keçirilən iş yarmarkasında inanılmaz növbələr yaranmışdı. Wall Street-in iş yerlərini itirməsi Asiyanın mənafeyinə xidmət edə bilər. Belə ki, bir çox Asiya ölkəsi Amerikada təhsil alan mütəxəssislərə böyük maraq göstərir.

Çin, Hindistan və digər Asiya ölkələrində ali təhsilli mütəxəssilərə ehtiyac böyükdür. Ötən il Çin hökuməti xaricdə təhsil alanların 55 faizinin ölkəyə qayıtdığını bildirib. Duk universitetinin araşdırmalarının nəticələrinə görə, Amerikada təhsil alan asiyalılara öz vətənlərində tələbat artmaqdadır. Bu il məzun olanlar üçün imkanlar real görünməsə də, qlobal iqtisadiyyatın dirçəlişi ilə onların imkanları artmış olacaq.

XS
SM
MD
LG