NATO Əfqanıstanın şərqində iki
ayrı-ayrı hücum nəticəsində 3 Amerika əsgərinin həlak olduğunu bildirib. Rəsmilər
deyir ki, əsgərlərin ikisi dünən Əfqanıstanın şərq bölgəsində bomba partlayışı
səbəbi ilə dünyasını dəyişib. Üçüncü əsgər isə dünən Əfqanıstanın cənubundakı bomba
hücumu nəticəsində həlak olub.
Beynəlxalq qüvvələr üçün bu il Əfqanıstan müharibəsi başlanğıcından bəri ən qanlı ildir. ABŞ prezidenti Barak Obama ABŞ-ın Əfqanıstandakı hərbi qüvvələrinin komandiri, general Stanli Makkristalın tövsiyələrini nəzərdən keçirdikdən sonra Əfqanıstana əlavə qüvvə göndərilib-göndərilməməsinə qərar verməlidir.