Accessibility links

İranda bomba hücumu zamanı 35 adam həlak olub,28 nəfər yaralanıb


İranın dövlət mediasının məlumatına görə, İranın cənub-şərq bölgəsində həyata keçirilən bomba hücumu zamanı 35 adam həlak olub. Ölənlər arasında elitar İnqilab Qvardiyasının bir necə zabiti də var. Bomba partlayışı İnqilab Qvardiyası nümayəndələri ilə qəbilə başçılarının toplantısı zamanı baş verib.

İRNA xəbər agentliyinin məlumatında deyilir ki, bomba yerləşdirilmiş gödəkcə geymiş şəxs özünü partladıb. Hücumla bağlı ziddiyyətli məlumatlar yayılır. Press TV Online bildirib ki, iki terror aksiyası həyata keçirilib. Bunlardan biri görüş zamanı baş verib, digəri isə yaxınlıqdakı keşikçiləri hədəf alıb.


XS
SM
MD
LG