Pakistanın
hərbi qüvvələri Əfqanıstanla həmsərhəd Cənubi Vəziristanda Taliban yaraqlıları
ilə qızğın döyüşlər aparır. Döyüşlər zamanı 60 yaraqlı və 5 Pakistan əsgərinin
həlak olduğu bildirilir.
10000-ə yaxın Taliban yaraqlılarına qarşı mübarizə məqsədi ilə Pakistanın
30000-lik hərbi qüvvəsi səfərbər edilib. Pakistanın hərbi qüvvələrini döyüş
təyyarələri və hərbi vertolyotlar müşayiət edir.
Pakistan bu əməliyyatla terror və intiharçı hücumlarının qarşısını almağa çalışır. Son bir neçə həftə ərzində 175 adam həlak olub. Pakistan hökuməti ölkədə baş verən zorakılıqlara görə Cənubi Vəziristanda hərbi bazaları olan Taliban yaraqlılarını günahlandırır.