Rusiyanın fəza agentliyinin bildirdiyinə
görə, bu gün ərzaq, yanacaq, oksigen və digər ləvazımat daşıyan ekipajsız fəza
gəmisi beynəlxalq fəza stansiyasına çatıb.
Proqress M-03M gəmisi ötən cümə
axşamı günü Qazaxıstanın Baykonur kosmodromundan yola düşmüşdü.
Bir həftə əvvəl
isə kanadlı sirk ustası Qay Lilibert beynəlxalq fəza stansiyasından yer
kürəsinə qayıdıb. O, ödənişlə kosmosu ziyarət edən 7-ci adamdır.