Rik qasırğası 1997-ci ildə Sakit okeanının
şimal-qərb bölgəsini bürüyən Linda qasırğasından sonra ən güclü qasırğa hesab
edilir. ABŞ-ın Milli Qasırğa Mərkəzinin bildirdiyinə görə, Rik qasırğası 285 km-saat sürətli
küləklə müşayiət edilir.
Qasırğa hazırda Meksika sahillərindən yüzlərlə km-lik
məsafədədır. Gələn iki gün ərzində Rik qasırğası təhlükə səviyyəsini saxlamalıdır.
Lakin qasırğanın Baha Kaliforniya yarımadasına yaxınlaşdıqca sürətini itirəcəyi
gözlənilir.
Rik bu ilin qasırğa mövsümünün yeddinci qasırğasıdır.