Accessibility links

Con Kerri:Əfqanıstana əlavə qüvvə göndərilməsi yanlış addım ola bilər


Ağ Evin bildirdiyinə görə, ABŞ prezidenti Barak Obamanın Əfqanıstana əlavə qüvvə göndərilməsi qərarı əfqan hökumətinin Amerika ilə əməkdaşlığının effektivliyindən asılı olacaq.

ABŞ-ın demokrat senatoru, Senatın Xarici Əlaqələr Komitəsinin sədri Con Kerri deyib ki, ölkədə prezident seçkilərinin nəticələrinə görə yaranmış mübahisəli durumda Əfqanıstana əlavə qüvvə göndərilməsi yanlış addım ola bilər.

Əfqanıstan prezidenti Həmid Karzay isə mübahisəli prezident seçkiləri nəticələrinin qəbul edilməsinə görə təzyiqlər altındadır. Fransanın xarici işlər naziri Bernard Kuşner, senator Con Kerri və ABŞ-ın Əfqanıstandakı keçmiş səfiri Zalmay Xəlilzad dünən Kabildə prezident Karzayla görüşübr.

Keçən ay elan edilən ilkin nəticələrə görə cənab Karzay 54 və onun rəqibi keçmiş xarici işlər naziri Abdulla Abdulla isə 28 faiz səs əldə edib.


XS
SM
MD
LG