Accessibility links

Dövlət katibi Klinton ABŞ-ın Sudanla bağlı yeni siyasi kursunu açıqladı


Birləşmiş Ştatlar Sudanla bağlı yeni siyasi kursu açıqlayaraq bildirir ki, ölkədə münaqişənin həlli və milyonlarla insanın əzab-əziyyətlərinə son qoymaq məqsədilə burada dialoq, stimullaşdırıcı təklifələr və təzyiq kimi müxtəlif yollardan istifadə edəcək.

Bu gün Dövlət Departamentində müxbirlərlə danışan Dövlət katibi Hillari Klinton bildirib ki, Sudandan şimal və cənub arasında gərginliklər, illər uzunu sürən döyüşlər və Darfur regionunda vəziyyətə son qoymaq üçün davamlı səylərə ehtiyac var. O, Darfurda vəziyyətin ağır olduğunu etiraf edərək, orada baş verən hadisələri genosid adlandırıb, lakin deyib ki, ABŞ irəliyə üz tutacaq və həll yolu tapacaq.

Xanım Klinton Birləşmiş Ştatlar Sudan rəsmilərilə danışıqlar aparacağını bildirib və Vaşinqtonun hökumətin fəaliyyətə kesməsini görmək istədiyini vurğulayıb. O bəyan edib ki, Birləşmiş Ştatlar inkişaflardan asılı olaraq stimallaşdırıcı təkliflərin irəli sürülüb-sürülməməsini müəyyənləşdirəcək.

Hillari Klinton ABŞ-ın hansı təklifləri nəzərdə tutduğunu açıqlamayıb, lakin bu gün açıqladığı bəyanatda prezident Obama bu həftə Sudan hökumətinə qarşı sanksiyaları yeniləşdirəcəyini bildirib. Prezident kampaniyası dövrü cənab Obama sudanı təcrid etməyə söz vemriışdir.

Beynəlxalq Müharibə Cinayətləri üzrə tribunal Sudan prezidenti Ömər əl-Bəşiri müharibə cinayətlərində ittiham edib.

XS
SM
MD
LG