Bir qrup silahsız kurd separatçısı Türkiyə hökuməti ilə slühə dəstək əlaməti olaraq İraqın şimalından Türkiyə sərhəddini keib.
Kürdüstan Fəhlə partiyası PKK-nın 8 döyüşçüsü və onların 26 tərəfdarı Habur sərhəd keçidində özlərini Türkiyə rəsmilərinə təhvil veriblər. Minlərlə kürd onları salamlamaq üçün sərhəddin Türkiyə tərəfində onları qarşılamağa çıxıb.
Qadın və uşaqlar da daxil olmaqla 34 kürd sülh elçisi olduqlarını deyiblər. Mətbuatda verilən bəi məlumatlarda onların təslim olduqlarını qeyd edilib, lakin kürdlər bunun xoş məram aktı olduğunu bildiriblər.
Türkiyə hökuməti yaraqlıları silahı yerə qoymağa təşviq etməyi davam etdirdiyi halda, eyni zamanda, kürdlərin hüquqlarının təmin edilməsi sahəsində islahatlara ictimai dəstək axtarır.
PKK üzvlərinin bildirdiyinə görə, sülh qrupu ideyasını təşkilatın həbsdə olan lideri Abdulla Öcalan verib.