Accessibility links

Azərbaycan və Ermənistan deputatları Moskvada görüşəcək


Oktyabrın 10-da Türkiyə və Ermənistan arasında protokollar imzalandıqdan sonra Türkiyə-Azərbaycan və Ermənistan münasibətlərində gərginliklə yanaşı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində irəliləyişlər də hiss edilməkdədir. Doğrudur Azərbaycan və Ermənistan prezidentlərinin son görüşü uğurlu olmadığı bəyan edilib. Ancaq bu gün Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov oktyabrın 22-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya deputatlarının görüşünün olacağını bildirib
Onun sözlərinə görə, görüşün keçirilməsi təşəbbüs ilə Rusiya Dövlət Duması çıxış edib.
Cənab Əsgərovun sözlərinə görə, görüşdə Qarabağ münaqişəsinin nizamlanma yolları və variantları müzakirə ediləcək. Azərbaycan nümayəndə heyətini görüşdə deputatlar Rəbiyyət Aslanova, Sabir Hacıyev, Rövşən Rzayev və Gülər Əhmədova təmsil edəcək.
Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi də Ermənistan və Azərbaycan arasında sərhədyanı əməkdaşlıq qurulması təşəbbüsü ilə çıxış edib. Konqresin rəhbəri vəzifəsini icra edən Yan Mikallef (Ian Micallef) Ermənistan və Azərbaycan bələdiyyələrinin milli assosiasiyaları arasında sərhədyanı əməkdaşlıq qurulmasını təklif edib.
Onun fikrincə, Türkiyə də bu sərhədyanı əməkdaşlığa qoşula bilər. “Bu təşəbbüs o deməkdir ki, biz Dağlıq Qarabağ problemi üzrə dialoq vasitəsilə işləməyə başlayacağıq”.
Cənab Mikallefin sözlərinə görə, Azərbaycan təklifə baxır. “Biz Azərbaycan hakimiyyətini bu əməkdaşlığa cəlb etmək üçün səylə çalışmalıyıq”.
O həmçinin bildirib ki, müsbət potensialdan necə istifadə edilməsinin başa düşülməsi məqsədilə Avropa Şurasından bir sıra səfirlər yaxın zamanda Ermənistana və Azərbaycana səfər etmək niyyətindədirlər.

XS
SM
MD
LG