Accessibility links

Əfqanıstanda noyabrın 7-i təkrar seçkilər keçiriləcək


Əfqanıstanın Mərkəzi Seçki komissiyası noyabrın 7-i təkrar seçkilərin keçirilməsi haqda qərar çıxarıb.

Prezident Həmid Karzai özünün əsas rəqibi olan keçmiş Xarici İşlər naziri Abdulla Abdulla ilə yenidən təkrar seçkilərdə iştirak etməyə razılıq verib.

Rəsmilər təkrar seçkilər haqda qərarı BMT-nin rəhbərlik etdiyi təhqiqat heyətinin avqust ayında prezident seçkiləri zamanı kütləvi pozuntuların olduğunu aşkar etməsindən sonra çıxarıb.

Təhqiqatı aparan heyət pozuntulara görə cənab Karzaiyə verilmiş səslərin üçdə birini ləğv edərək, onu təkrar seçkilərdən qoruyan səs çoxluğundan məhrum edib.

Cənab Karzai Kabildə mətbuat konfransı zamanı müxbirlərə deyib ki, təkrar seçkilər demokratiya istiqamətində irəliyə doğru addım atıldığını nümayiş etdirir.

BMT-nin Baş katibi Ban Ki Mun deyib ki, təşkilat təkrar seçkilərin ədalətli şəkildə və təhlükəsiz şəraitdə keçməsini təmin etmək üçün əlindən gələni edəcək.


XS
SM
MD
LG