Accessibility links

Iraqda bomba hücumları səngimək bilmir


İraq rəsmilərinin bildirdiyinə görə, son iki gün ərzində həyata keçirilən bomba hücumları bir ABŞ əsgəri də daxil edilməklə, azı 7 nəfərin ölümünə səbəb olub. Polis bu gün Bağdaddan 40 km qərbdə maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində ikisi polis zabiti olmaqla, 4 nəfərin həlak olduğunu, azı 6 nəfər yaralandığını bildirib.

ABŞ hərbi qüvvələrinin məlumatında deyilir ki, dünən Ninevah vilayətində hərbi maşın yaxınlığında baş verən bomba partlayışı bir ABŞ əsgərinin ölümü, ikisinin yaralanması ilə nəticələnib.

Bağdadda mikro-avtobusda baş verən üçüncü partlayış səbəbi ilə 3 nəfər yaralanıb. Dünən Bağdadda iki nəfərin ölümü, 12-nin yaralanması ilə nəticələnən daha iki bomba hücumu həyata keçirilib.

XS
SM
MD
LG