Accessibility links

ABŞ Rusiyanın raketlərdən müdafiə sistemilə bağlı narahatlıqlarına yüngüllük gətirməyə çalışır


Birləşmiş Ştatların Müdafiə nazirinin müavini Alkesandr Verşbou deyib ki, ABŞ yeni raketlərdən müdafiə sisteminin elementlərinin NATO üzvü olmayan ölkələrin ərazisində yerləşdirmək məsələsini nəzərdən keçirmir və bununla bağlı heç bir dövlətlə danışıqlar aparmır.

ABŞ rəsmisi bu açıqlamaları bu gün Tbilisidə müxbirlərlə danışan zaman verib. O deyib ki, Vaşinqton raket əleyhinə yeni planı yalnız alyans üzvlərilə müzakirə edir. Bununla Verşbou keçən həftə Rusiyada Vaşinqtonun müdafiə qalxanı ətrafında Ukrayna ilə danışıqlar apardığı haqda məlumatlardan sonra yaranmış narahatlıqlara yengüllük gətirməyə çalışıb. B

u məlumatlardan sonra Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov ABŞ-ın raket əleyhinə planı ilə bağlı narahatlıqlarını ifadə etmiıdi.

Rusiya xəbər agentlikləri Ukraynanın Birləşmiş Ştatlardakı səfiri Oleh Şamşura istinadən xəbər verib ki, Vaşinqton radar stansiyalarının istifadəsilə bağlı danışıqlara artıq başlayıb.

Moskva NATO-nun keçmiş sovet blokunda hər hansı bir şəkildə hərbi mövcudluğunun əlyehinədir.

Tbilisidə danışan Verşbou bunlarla yanaşı deyib ki, Rusiya ABŞ prezidenti Barak Obamanın mərkəzi Avropada raketlərdən müdafiə sistemilə bağlı Buş dövrünün planlarını dəyişdirmək qərarını alqışlayıb.

ABŞ Müdafiə nazirinin müavini Aleksands Verşbou Birləşmiş Ştatların Gürcüstanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini təsdiq edib. O, ABŞ və Gürcüstan arasında təhlükəsizlik sahəsində əməkdaşlığını qeyd edərək, bunun Gürcüstanın suverenliyi və müstəqilliyi, habelə ölkənin Avroatlantik məkana inteqrasiyası istiqamətində səyləri və regionda sabitlin dəstəklənməsinə xidmət etdiyini bildirib.



XS
SM
MD
LG