Accessibility links

Barak Obamanın Guantanamo məhbəsinin bağlanması səyləri uğurla nəticələnib


ABŞ prezidenti Barak Obamanın Guantanamo məhbəsinin bağlanması və məhbusların Amerika məhkəmələrində mühakiməedilməsi səyləri uğurla nəticələnib. Belə ki, təklif ABŞ Senatında 79 lehinə, 19 əleyhinə səslə təsdiq edilib.

Plana əsasən Guantanamo məhbuslarının Amerika daxilində azadlığa buraxılması yasaqdır, lakin onlar ölkə daxilində mühakimə edilə bilərlər. Sənəddə Obama adminitsrasiysının məhbusların köçürülməsindən əvvəl plan hazırlaması tələb olunur. Bundan əlavə məhbusların təhlükə riskinə malik olmadığına və 15 gün əvvəl körüləcəklərinin bildirilməsinə dair sənəd hazırlanması da tələblər sırasındadır.


XS
SM
MD
LG