Əfqanıstanda təkrar seçkilərin noyabr ayının
7-ə təyin edildiyi və prezident Həmid Karzayın təkrar seçkiləri qəbul etdiyi
bir vaxt Amerikada Əfqanıstana əlavə qüvvələr göndərilməsi məsələsi ətrafında
debatlar gedir.
Washington Post və ABC News-un keçirdiyi rəy sorğularının
nəticələrindən məlum olub ki,
amerikalıların 47 faizi ümümumiyyətlə “Əfqanıstan müharibəsinə dəyməz”
deyə düşünür.47 faiz prezident Barak Obamanın
oraya əlavə qüvvə göndərməsinin zəruriliyini qeyd edib.Respondentlərin 49 faizi isə buna “yox” deyə
cavab verib.
ABŞ qanunvericiləri arasında da bununla bağılı dərin fikir ayrılığı hökm sürür. Senator Con Makkeyn əlavə qüvvələrin gecikdirilməsininƏfqanıstandakı ABŞ qüvvələrinin təhlükəsinin dərinləşdirəcəyini deyir.
ABŞ-ın müdafiə naziri Robert Geyts isə deyib ki, təkrar seçkilər Əfqanıstanın problemlərini bir anda həll etməyəcək. Nazirkorrupsiya və idarəçilik problemlərinin seçkilərin nəticələrindən asılı olaraq aradan qalxmayacağını bildirib.