Accessibility links

ABŞ-ın vitse-prezidenti Avropa səfərinin ilk dayanacağı olan Varşavadadır


ABŞ-ın vitse-prezidenti Co Bayden Avropa səfərinin ilk dayanacağı olan Varşavada Polşanın baş naziri Donald Tusk və prezident Lex Kaçinski ilə görüşüb.Cənab Bayden Avropa liderləri ilə görüşü zamanı ticarət əlaqələri və demokratiyanın möhkəmləndirilməsi yollarını müzakirə edir.

Avropa liderləri ABŞ-ın vitse-prezidentinin Polşa və Çex Respublikasında raketlərdən müdafiə sisteminin ləğvinə görə o ölkələrin narahatlığı səbəbi ilə Avropaya səfər etdiyinə dair şaiyələri rədd edib. Co Bayden Polşa, Çexiya və Rumıniya səfəri çərçivəsində dövlət və hökumət başçıları ilə danışıqlar aparmaqla yanaşı, vətəndaş cəmiyyətlərinin nümayəndələri ilə də görüşlər keçirir.

XS
SM
MD
LG