Accessibility links

Qırğızıstan prezidenti yeni baş nazir vəzifəsinə Daniyar Usenovu nominasiya edib


Qırğızıstan prezidenti Kurmanbek Bakiyev prezident aparatının rəhbəri Daniyar Usenovu baş nazir vəzifəsinə təyin edib. Cənab Bakiyev 49 yaşlı Usenovu bu vəzifəyə baş nazir də daxil edilməklə, nazirlər kabinetinin bütövlükdə istefa verməsindən bir gün sonra təyin edib. Nazirlər kabineti istefasını ölkə prezidentinin islahatlar çağırışından dərhal sonra verib. Tənqidçilər bu köklü islahatları qüdrəti bir ələ toplamaq cəhdi kimi qiymətləndirir. Qırğızıstan prezidenti dəyişikliklərin hökuməti daha effektiv edəcəyini deyib. Qırğızıstanın hakim partiyasının nəzarəti altında olan parlamentin prezidentin baş nazir vəzifəsinə nominasiyasını təsdiq edəcəyi gözlənilir.

XS
SM
MD
LG