Accessibility links

İran uranının reaktor yanacağına çevrilməsi üçün Rusiya və Fransaya göndərilməsi məsələsini müzakirə edib


Beynəlxlaq Atom Enerjisi agentliyi, Rusiya, Fransa və ABŞ İrana uranının reaktor yanacağına çevrilməsinə dair razılığın təsdiqi üçün cümə gününədəkvaxt veriblər. Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Məhəmməd Əl Bəradeyi bu bəyanatıiki günlük Vyana danışıalrından sonra verib. Beynəlxlaq Atom Enerjisi agentliyi, İran, Rusiya, Fransa və ABŞ İranın mübahisəli nüvə proqramına dair danışıqlar zamanı İran uranının reaktor yanacağına çevrilməsi üçün Rusiya və Fransaya göndərilməsi məsələsini müzakirə edib. Əl Bəradeyiyeni təklifdə Fransnaın da iştirak etdiyini bəyan edib.

İranın xarici işlər naziri Mənuçehr Mottəki Tehranda demişdi ki, Fransa İranın nüvə məsələrinə dair danışıqlarda iştirak etməməlidir. Nazir bildirib ki, Beynəlxalq Atom Enerjisi Agentliyinin müşahidəçiliyi iləRusiya və ABŞ-la razılıq əldə edilməsi kifayət edər. Plan İranın 3.5 faiz saflaşdırılmış uranının Rusiya və Fransa tərəfindən 20 faizə artırılmasını nəzərdə tutur.

XS
SM
MD
LG