Accessibility links

İraqda seçki qanununun qəbulu yubandı


İraq parlamenti yenidən yanvar ayına nəzərdə tutulmuş seçkilər üçün yeni seçki qanununu təsdiq edə bilməyib. BMT-nin İraqdakı xüsusi elçisi Ad Melkert xəbərdarlıq edib ki, artıq yubanmalar həm səsvermənin tarixini həm də onun etibarlılığını sual altına qoya bilər. Qanunvericilər bu gün razılıq üzərində səsvermədə fikir ayrılıqlarını aradan qaldıra bilməyiblər. Onlar deyiblər ki, əgər bazar gününədək layihə hazıra olsa onda gələn həftə səsvermə keçiriləcək. Yubanma ondan irəli gəlir ki, kürd liderlər neftlə zəngin Kərkükün İraq Kürdüstanına daxil olmasını istəyirlər. Kərkükün ərəb və türkmən icmaları isə bu təklifin əleyhinə çıxır. Seçkilər yanvar ayının 16-da keçirilməlidir.
XS
SM
MD
LG