Accessibility links

ABŞ-ın sabiq vitse-prezidenti Ağ Evi Əfqanıstan strategiyasına görə tənqid edib


ABŞ-ın sabiq vitse-prezidenti Dik Çeyni Ağ Evi Əfqanıstan strategiyasına görə tənqid edərək, prezident Obamanı müharibənin qələbəsini təmin edəcək yollara üz tutmasına çağırıb. Cənab Çeyni Ağ Ev aparatının rəhbəri Rahm Emanuelin Buş administrasiyasının Əfqanıstan müharibəsi ilə bağlı naratlıqlara əhəmiyyət vermədiyi və Obama administrasiyasının 8 illik müharibə strategiyasına sıfırdan başladığına dair dediklərini sual altına alıb.

ABŞ-ın sabiq vitse-prezidenti deyib ki, Buş administrasiyası ofisi tərk etməzdən əvvəl Əfqanıstanla bağlı araşdırmaların nəticələrini Obamanın keçid komandasına təqdim edib. Dik Çeyni keçid komandasının araşdırmaların nəticələrinin açıqlanmamasını istədiyini və komandanın görülən işlər və şübhələrdən bəhrələndiyini bildirib.

Prezident Obamanın Çex Respublikası və Polşada raketlərdən müdafiə sisteminə dair yeni planını tənqid edən Dik Çeyni bu qərarı strateji səhv adlandırıb.

XS
SM
MD
LG