Accessibility links

Səfir Nebi Şensoy:Azərbaycanın maraqlarını həmişə olduğu kimi nəzərə almağa davam edəcəyik


Türkiyənin Birləşmiş Ştatlardakı səfiri Nebi Şensoy Amerikanın səsinin türk xidmətinə müsahibəsində ABŞ-Türkiyə münasibətləri, Türkiyə-Ermənistan yaxınlaşması və son zamanlar Azərbaycan və Türkiyə arasında münasibətlərdə gərginliklərdən danışıb.

Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin normallaşmasına dair protokolların imzalanması, Bursada Türkiyə və Ermənistan yığma komandaları arasında futbol matçı, bunun ardınca Azərbaycan və Türkiyədə bayraqlar qalmaqalından sonra Türkiyə rəsmiləri Azərbaycanı iki ölkə arasında qardaşlıq münasibətlərinin pozulmayacağına əmin etməyə çalışaraq bəyanatlar verdi.

Səfir Nebi Şensoy Türkiyə və Ermənistan arasında diplomatik münasibətlərin qurulmasına dair protokolların iki ölkə arasında əlaqələrin yeni bir mərhələsinin başlanğıcı olduğunu bildirərək deyir ki, bu, həm də regionda münaqişələrin həlli, sülh və təhlükəsizliyin təmin edilməsinə xidmət edəcək. Nebi Şensoy deyir ki,Türkiyə Azərbaycanın maraqlarına zərər vura biləcək heç bir inkişafa yol verməyəcək. "Azəri qardaşlarımız arxayın olsunlar, indiyə qədər olduğu kimi, bu dəfə də onların maraqlarını həmişə nəzərə almağa davam edəcəyik."-deyə səfir bildirib.

Səfir Nebi Şensoy Türkyə və Ermənistan arasında münasibətlərni yaxşılaşmasının Türkiyənin ABŞ-la münasibətlərinə müsbət təsir göstərəcəyini vurğulayır. Səfir bu günlər ermənilərin iddia etdiyi soyqırıma dair qətnamənin ABŞ Senatına təqdim edilməsini məhz bu baxımdan uğursuz bir addım kimi qiymətləndirir."Əslində, bunun bu gün olması uğursuzdur. Əvvəllər Nümayəndələr Palatasına təqdim edilmiş qətnamə sonra Senata verilirdi. Bu baxımdan, çox uğursuz bir addımdır. Çünki önəmli olan Türkiyə-Ermənistan arasında imzalanmış olan protokolların ardınca belə bir sənədin Senata göndərilməsi yanlış bir addımdır."-deyə səfir bəyan edib.

Cənab Şensoy Obama administrasiyasının məsələ ilə bağlı mövqeyini şərh edərək bu ilin aprel ayının 24-də ABŞ prezidentinin bəyanatında soyqırım sözünü işlətmədiyini qeyd etdi.

Səfir Nebi Şensoyun sözlərinə görə, regionda son inkişaflar Birləşmiş Ştatlar və Türkiyə arasında münasibətlərdə bəzən yaranan çətinliklərin həllinə də müsbət təsirini göstərəcək.




XS
SM
MD
LG