Accessibility links

İranın daxili işlər naziri Pakistanda terrorizmlə mübarizə məsələsini müzakirə edir


İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəjjar pakistanlı həmkarı ilə bu yaxınlarda İranın cənub-şərqində intiharçı hücumlar keçirməkdə günahlandırılan sünni yaraqlılara qarşı müabrizə səylərini müzakirə etmək üçün bu gün Pakistana səfər edib. İranın dövlət mediasının bildirdiyinə görə, İranın daxili işlər naziri öz pakistanlı həmkarı və Pakistan prezidenti Asif Əli Zərdari ilə görüşəcək. Cənab Nəjjar Pakistan hökumətindən Cundulla yaraqlı qrupunun lideri Əbdülmalik Rigini ələ keçirməyi istəyəcyini deyib. Keçən bazar günü İranın Sistan-Bəlucistan vilayətində İranın İnqilab Qvardiyasının üzvləri də daxil edilməklə, 57 nəfərin ölümü ilə nəticələnən partlayışın məsuliyyətini Cundulla öz üzərinə götürmüşdü. İran rəsmiləri Cundulla qrupunun Pakistanın kəşfiyyat rəsmiləri ilə əlaqəsi olduğunu demələrinə baxmayaraq, Pakistan bu ittihamları rədd edir. Pakistanın xaricui işlər naziri Şah Məhəmməd Qureşi regionda terrorizmin aradan qaldırılmasında ölkəsinin İranla əməkdaşlıq edəcəyini deyib.

XS
SM
MD
LG