ABŞ-ın Müdafiə naziri Robert Geyts NATO müttəfiqlərini Birləşmiş Ştatların Əfqanıstanda missiyaya sadiq qaldığına əmin edib.
Pentaqon rəhbəri Slovakiya paytaxtında NATO müdafiə nazirlərinin görüşündə deyib ki, ABŞ-ın Əfqanıstanda yeni strategiyası haqda nəticələr çıxarmaq hələ olduqca tezdir.
Geyts bildirib ki, Obama administrasiyası Əfqanıstanda mövcud siyasi vəziyyəti nəzərə alaraq hazırkı kursun təkmilləşdirilməsi məsələsini nəzərdən keçirir. Lakin ABŞ müdafiə naziri deyib ki, Birləşmiş Ştatların hərbi qüvvələrinin sayını azaldılacağı gözlənilmir.
Birləşmiş Ştatların Əfqanıstandakı komandiri Stenli Makkristal prezident Barak Obamaya Əfqanıstana əlavə əsgəri qüvvə göndərməyi təklif edib. Lakin cənab Obama qərarı verməzdən əvvəl Əfqanıstanda baş verən hadisələri yaxından izləyir.