Accessibility links

Azərbaycan, Ermənistan və Rusiya deputatları görüşüb


Moskvada Rusiya, Azərbaycan və Ermənistan deputatları Rusiya Dövlət Dumasında parlamentlərarası əməkdaşlıq, humanitar məsələlər, iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi, miqrasiya prosesləri ilə bağlı mövzuları Rusiya Dövlət Dumasının Müstəqil Dövlətlər Birliyi İşləri və Həmvətənlərlə Əlaqələr Komitəsinin məlumatına görə, görüşdə Rusiya Federal Məclisi ilə Azərbaycan və Ermənistan parlamentləri arasında əməkdaşlıq üzrə parlamentlərarası komissiyaların işinin təkmilləşdirilməsi və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələlər də müzakirə olunub.
Görüşdə iştirak edən Azərbaycan parlamentinin deputatı Sabir Hacıyev Turan Agentliyinə bildirib ki, Azərbaycan və Ermənistan parlamentarilərinin Dövlət Dumasında keçirilən görüşünün əsas məqsədi Qarabağ nizamlanması üzrə prezidentlər və xarici işlər nazirləri səviyyəsində aparılan danışıqlara dəstək ifadə etməkdən ibarətdir. .
Onun sözlərinə görə, görüşün yekunlarına dair heç bir sənəd imzalanmayıb. “Lakin tərəflər əlaqələrin davam etdirilməsinə tərəfdar olduğunu bildirib”, -deyə o qeyd edib.

XS
SM
MD
LG